"ShamkirChess 2018": Bu gün Şəhriyar Məmmədyarov dünya çempionu ilə qarşılaşacaq

"ShamkirChess 2018": Bu gün Şəhriyar Məmmədyarov dünya çempionu ilə qarşılaşacaq Teymur Rəcəbovla Rauf Məmmədov isə qara fiqurlarla oynayacaq
Fərdi
19 Aprel , 2018 10:19
ShamkirChess 2018: Bu gün Şəhriyar Məmmədyarov dünya çempionu ilə qarşılaşacaq

Bakı. 19 aprel. REPORT.AZ/ Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2018" superturnirində bu gün ilk turun görüşləri keçiriləcək.

"Report"un məlumatına görə, Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov ağ fiqurlarla dünya çempionu Maqnus Karlsenlə üz-üzə gələcək. Teymur Rəcəbovla Rauf Məmmədov isə qara fiqurlarla oynayacaq.

Veselin Topalov (Bolqarıstan) - Teymur Rəcəbov (Azərbaycan)

Aniş Giri (Hollandiya) - Sergey Karyakin (Rusiya)

Dinq Liren (Çin) - Radoslav Voytaşek (Polşa)

Şəhriyar Məmmədyarov (Azərbaycan) - Maqnus Karlsen (Norveç)

David Navara (Çexiya) - Rauf Məmmədov (Azərbaycan)

Görüşlər saat 15:00-da başlanacaq.

Qeyd edək ki, yarış dairəvi sistemlə 9 turdan ibarət olacaq.

Son xəbərlər

Orphus sistemi