"Shamkir Chess 2018": Bu gün Azərbaycan şahmatçısı dünya çempionu ilə qarşılaşacaq

"Shamkir Chess 2018": Bu gün Azərbaycan şahmatçısı dünya çempionu ilə qarşılaşacaq Bakı. 21 aprel. REPORT.AZ/ Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunan Shamkir Chess 2018 superturnirində bu gün III turun görüşləri keçiriləcək.
Fərdi
21 Aprel , 2018 09:03
Shamkir Chess 2018: Bu gün Azərbaycan şahmatçısı dünya çempionu ilə qarşılaşacaq

Bakı. 21 aprel. REPORT.AZ/ Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2018" superturnirində bu gün III turun görüşləri keçiriləcək.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçilərindən Rauf Məmmədov nörveçli dünya çempionu Maqnus Karlsenlə üz-üzə gələcək. 

Teymur Rəcəbov qara fiqurlarla hollandiyalı Aniş Girini sınağa çəkəcək. Şəhriyar Məmmədyarov isə ağ fiqurlarla Rusiya təmsilçisi Sergey Karyakinlə qarşılaşacaq.

Turun proqramı:

Aniş Giri (Hollandiya) - Teymur Rəcəbov (Azərbaycan)

Dinq Liren (Çin) - Veselin Topalov (Bolqarıstan)

Şəhriyar Məmmədyarov (Azərbaycan) - Sergey Karyakin (Rusiya)

David Navara (Çexiya) - Radoslav Voytaşek (Polşa)

Rauf Məmmədov (Azərbaycan) - Maqnus Karlsen (Norveç)

Görüşlər saat 15:00-da başlanacaq.

Qeyd edək ki, ilk iki turun bütün qarşılaşmaları heç-heçə ilə yekunlaşıb. Hazırda 10 iştirakçının hamısının aktivində 1 xal var. 

Son xəbərlər

Orphus sistemi