Şəmkirdə "Shamkir Chess 2018"in açılış mərasimi keçirilib - FOTO

Şəmkirdə "Shamkir Chess 2018"in açılış mərasimi keçirilib - FOTO Yarış dairəvi sistemlə 9 turdan ibarət olacaq
Fərdi
18 Aprel , 2018 19:41
Şəmkirdə Shamkir Chess 2018in açılış mərasimi keçirilib - FOTO
Report

Şəmkir. 18 aprel. REPORT.AZ/ Şəmkir şəhərində Azərbaycanın mərhum şahmatçısı, üçqat ölkə çempionu, qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turnirinin ("Shamkir Chess") açılış mərasimi keçirilib.

"Report"un Qərb bürosunun məlumatına görə, “Synergy Group” ASC-nin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlyumjinov, yerli və əcnəbi idmançılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

A.Məmmədov qonaqları salamlayıb və turnirin hər il daha da inkişaf etdiyini vurğulayıb. 

K.İlyumjinov bu turnirin keçirilməsində öz dəstəyini göstərən ölkə başçısına, təşkilati dəstəyə görə SOCAR-a öz minnətdarlığını bildirib. 

Qeyd edək ki, turnirdə dünyaca məşhur üçü azərbaycanlı olmaqla 10 şahmatçı iştirak edəcək. Yarış dairəvi sistemlə 9 turdan ibarət olacaq.

Son xəbərlər

Orphus sistemi