Bakı. 10 mart. REPORT.AZ/ Bu gün İslandiyanın paytaxtı Reykyavik şəhərində “Reykyavik Open 2015" beynəlxalq şahmat turniri start götürüb. "Report"un məlumatına görə, turnirdə Azərbaycanı beynəlxalq qrossmeysterlər Şəhriyar Məmmədyarov və Zeynəb Məmmədyarova təmsil edir.
Ümumilikdə yarışda 30-dan artıq ölkədən 281 (43 qrossmeyster) zəka sahibi iştirak edir. 10 turdan ibarət yarış İsveçrə sistemi ilə keçirilir.
Qeyd edək ki, turnir martın 18-dək davam edəcək.