Şəhriyar Məmmədyarov “Tata Steel Masters” superturnirinin ikinci turunda heç-heçə edib

Şəhriyar Məmmədyarov “Tata Steel Masters” superturnirinin ikinci turunda heç-heçə edib Niderlandın Veyk-an-Zee şəhərində “Tata Steel Masters” şahmat superturnirinin ikinci turunun oyunları keçirilib.
Fərdi
155
17 Yanvar , 2022 02:11
Şəhriyar Məmmədyarov “Tata Steel Masters” superturnirinin ikinci turunda heç-heçə edib
Şəhriyar Məmmədyarov

Niderlandın Veyk-an-Zee şəhərində “Tata Steel Masters” şahmat superturnirinin ikinci turunun oyunları keçirilib.

“Report”un məlumatına görə, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov Rusiya təmsilçisi Andrey Yesipenko ilə mübarizə aparıb. Şahmatçılar 26-cı gedişdə heç-heçəyə razılaşıblar.

Bundan əvvəl Azərbaycan şahmatçısının birinci turda Rusiyanın digər təmsilçisi Daniil Dubovla görüşü də heç-heçə başa çatıb.

Dairəvi sistem üzrə keçirilən yarışda 14 şahmatçı iştirak edir.

Son xəbərlər

Orphus sistemi