Şəhriyar Məmmədyarov "Sinquefield Cup" turnirində 4-cü olub

Şəhriyar Məmmədyarov "Sinquefield Cup" turnirində 4-cü olub Bakı. 28 avqust. REPORT.AZ/ ABŞ-ın Sent-Luis şəhərində keçirilən beynəlxalq Sinquefield Cup turnirinə yekun vurulub.
Fərdi
28 Avqust , 2018 03:56
Şəhriyar Məmmədyarov Sinquefield Cup turnirində 4-cü olub

Bakı. 28 avqust. REPORT.AZ/ ABŞ-ın Sent-Luis şəhərində keçirilən beynəlxalq "Sinquefield Cup" turnirinə yekun vurulub.

“Report” xəbər verir ki, sonuncu 9-cu turda Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov hindistanlı Vişvanatan Anandla qarşılaşıb və partiya heç-heçə başa çatıb.

O, bu heç-heçə sayəsində xallarının sayını 5-ə çatdırıb və "Sinquefield Cup" turnirini 4-cü yerdə başa vurub.

Amerikalı Fabiano Karuana, norveçli Maqnus Karlsen və erməni Levon Aronyan Kubokun yekunu üzrə birinci yeri bölüşüblər.

Yekun oyun günündə Karuana həmyerlisi Uesli So ilə heç-heçə edib, Karlsen digər amerikalı Hikaru Nakamuraya qalib gəlib, Aronyan isə rusiyalı Aleksandr Qrişukdan üstün olub. Qalan partiyalar heç-heçə ilə yekunlaşıb. Görüşlər Şəhriyar Məmmədyarov (Azərbaycan) və Vişvanatan Anand (Hindistan), həmçinin Maksim Vaşyö-Laqrav (Fransa) və Sergey Karyakin (Rusiya) arasında baş tutub.

Doqquzuncu turun yekunu üzrə Karuana, Karlsen və Aronyan 5,5 xal toplayıb.

Sinkfild Kubokunun qalibi 75 min dollar qazanıb. Turnirin ümumi mükafat fondu isə 300 min dollar idi.

Son xəbərlər

Orphus sistemi