"ShamkirChess 2019" turnirinə yekun vurulub - YENİLƏNİB

"ShamkirChess 2019" turnirinə yekun vurulub - YENİLƏNİB Azərbaycanlı mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2019 superturnirinə yekun vurulub.
Fərdi
9 Aprel , 2019 18:00

Azərbaycanlı mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2019" superturnirinə yekun vurulub.

"Report"un məlumatına görə, sonuncu - IX turda Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov rusiyalı Sergey Karyakinlə, Teymur Rəcəbov isə çexiyalı David Navara ilə heç-heçə edib.

Hazırkı dünya çempionu və turnirin qalibi Maqnus Karlsen isə yenə qələbə qazanıb. O, rusiyalı Aleksandr Qrişuku məğlub edib.

IX tur

9 aprel

Maqnus Karlsen (Norveç) - Alekandr Qrişuk (Rusiya) - 1:0

Şəhriyar Məmmədyarov (Azərbaycan) - Sergey Karyakin (Rusiya) - 0,5:0,5

Vişvanatan Anand (Hindistan) - Veselin Topalov (Bolqarıstan) - 0,5:0,5

Dinq Liren (Çin) - Aniş Giri (Hollandiya) - 0,5:0,5

David Navara (Çexiya) - Teymur Rəcəbov (Azərbaycan) - 0,5:0,5

Qeyd edək ki, Maqnus Karlsen 9 turdan sonra 7 xal toplayıb. Dinq Liren və Sergey Karyakin 5 xalla 2-3-cü, Alekandr Qrişuk, Vişvanatan Anand, Teymur Rəcəbov 4,5 xalla 4 - 6-cı yerləri bölüşdürüblər. 4 xalı olan Veselin Topalov və David Navara 7-8-ci yerləri tutublar. Şəhriyar Məmmədyarov 3.5 xalla 9-cu, Aniş Giri isə 3 xalla 10-cu olub.


*** 15:08

Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2019" superturnirini qələbəsiz başa vurub.

"Report"un məlumatına görə, 34 yaşlı qrossmeyster sonuncu - XIX turda Rusiya təmsilçisi Sergey Karyakinlə üz-üzə gəlib. Məmmədyarov bu görüşü heç-heçə ilə başa vurub. Çinli Dinq Liren isə Hollandiya təmsilçisi Aniş Giri ilə xalı yarı bölüb.

Hazırda Maqnus Karlsen (Norveç) - Aleksandr Qrişuk (Rusiya), Vişvanatan Anand (Hindistan) - Veselin Topalov (Bolqarıstan) və David Navara (Çexiya) - Teymur Rəcəbov (Azərbaycan) görüşləri davam edir. 

Norveçli dünya çempionu Maqnus Karlsen VIII turda çempionluğunu rəsmiləşdirib. Şəhriyar Məmmədyarov turniri 3.5 xalla 9-cu pillədə başa vurub. Aniş Giri isə 3 xalla sonuncu olub. 

Qeyd edək ki, Şəhriyar Məmmədyarov 2016 və 2017-ci illərdə "ShamkirChess"in qalibi olub. Qalan 4 yarışda isə Maqnus Karlsen birinci yeri tutub. 

Son xəbərlər

Orphus sistemi