Yuxarı

Şəhriyar Məmmədyarov “Shamkir Chess 2016” turnirinin qalibi olub

O, həlledici oyunda holland Anişa Qirini məğlub edib

Bakı. 4 iyun. REPORT.AZ/ Qrossmeyster Şəhriyar Məmmədyarov şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “Shamkir Chess 2016” beynəlxalq turnirinin qalibi olub.

"Report" xəbər verir ki, son tur başa çatdıqdan sonra Məmmədyarov və amerikalı Fabiano Karuana hərəyə 6 xal toplayaraq birinci yeri bölüşüblər.

Reqlamentə görə, turnirin qalibini müəyyən etmək üçün tay-brek tələb olunub və qalib azərbaycanlı şahmatçı olub.

Son turda Məmmədyarov hollandiyalı Aniş Qirini məğlub edib, Karuana isə rusiyalı Sergey Karyakin ilə heç-heçə oynayıb.

Yekun turnir vəziyyəti: 1. Məmmədyarov - 6 xal; 2. Karuana 6; 3. Qiri - 5,5; 4. Karyakin - 5; 5. Məmmədov - 4,5; 6-8. Xarikrişna, Səfərli, Rəcəbov – hərəyə 4; 9. Elyanov - 3,5; 10. Hou İfan - 2,5.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi