Şəhriyar Məmmədyarov İddiaçılar Turnirində amerikalı şahmatçı ilə qarşılaşacaq

Şəhriyar Məmmədyarov İddiaçılar Turnirində amerikalı şahmatçı ilə qarşılaşacaq Bakı. 23 mart. REPORT.AZ/ Almaniyanın paytaxtı Berlin şəhərində keçirilən Şahmat üzrə İddiaçılar Turnirində bu gün XI turun görüşləri baş tutacaq.
Fərdi
23 Mart , 2018 09:55
Şəhriyar Məmmədyarov İddiaçılar Turnirində amerikalı şahmatçı ilə qarşılaşacaq

Bakı. 23 mart. REPORT.AZ/ Almaniyanın paytaxtı Berlin şəhərində keçirilən Şahmat üzrə İddiaçılar Turnirində bu gün XI turun görüşləri baş tutacaq.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov qara fiqurlarla ABŞ təmsilçisi Uesli So ilə qarşılaşacaq.

Ötən tur Ş.Məmmədyarov U.Sonun həmyerlisi Fabiano Karuananı ağ fiqurlarla yenə bilməyib - 0,5:0,5. Hazırda o, 6 xalla 2-ci pillədə qərarlaşıb. Qara fiqurlarla çinli Din Lijenlə bərabərliyə qalan U.So isə 4 xalla 7-cidir.

Turun digər görüşləri:

Fabiano Karuana (ABŞ) - Vladimir Kramnik (Rusiya)

Din Lijen (Çin) - Aleksandr Qrişuk (Rusiya)

Levon Aronyan (Ermənistan) - Sergey Karyakin (Rusiya)

10 turdan sonra turnir cədvəlinə 6,5 xalla F.Karuana başçılıq edir. A.Qrişuk 5,5 xalla 3-cü, S.Karyakinlə D.Lijen hərəyə 5 xalla 4-5-ci, V.Kramnik 4,5 xalla 6-cı, L.Aronyan 3,5 xalla 8-cidir.

Son xəbərlər

Orphus sistemi