Sebastyan Fettel "Formula-1"in Meksika Qran-prisi üzrə təsnifat mərhələsinin qalibi olub

Fərdi
  • 28 oktyabr, 2017
  • 21:59
Sebastyan Fettel Formula-1in Meksika Qran-prisi üzrə təsnifat mərhələsinin qalibi olub

Bakı. 29 oktyabr. REPORT.AZ/ "Ferrari"nin alman pilotu Sebastyan Fettel "Formula-1"in Meksika Qran-prisi üzrə təsnifat mərhələsinin qalibi olub.

"Report" xəbər verir ki, Fettel təsnifatın üçüncü seqmentində özünün ən yaxşı dairəsini 1:16.488 dəqiqəyə qət edib və bununla da "Red Bull" təmsilçisi Maks Ferstappeni 0,09 saniyə qabaqlamış olub.

Çempion yarışmasında üçüncü ən yaxşı nəticəni "Mercedes"dən olan Lüis Hemilton göstərib.