Şahmat üzrə dünya çempionatı 2018-ci ilin noyabrında Londonda keçiriləcək

Şahmat üzrə dünya çempionatı 2018-ci ilin noyabrında Londonda keçiriləcək Matç 9-28 noyabr tarixlərində təşkil olunacaq
Fərdi
7798
29 Noyabr , 2017 23:55
Şahmat üzrə dünya çempionatı 2018-ci ilin noyabrında Londonda keçiriləcək

Bakı. 29 noyabr. REPORT.AZ/ Beynəlxalq Şahmat Federasiyası (FIDE) dünya çempionatının 2018-ci ilin noyabrında Londonda keçiriləcəyini müəyyən edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu çərşənbə günü Britaniyanın paytaxtında FIDE-nin vitse-prezidenti Georgios Makropulos elan edib.

Matç 9-28 noyabr tarixlərində təşkil olunacaq.

Hazırda dünya çempionu 26 yaşlı norveçli qrossmeyster Maqnus Karlsendir. O, şahmat tacını 2013-cü ildən özündə saxlayır.

Karlsenin rəqibi 10-28 mart tarixlərində Berlində keçiriləcək iddiaçılar turnirinin qalibi olacaq. Turnirdə səkkiz qrossmeyster iştirak edəcək: sabiq dünya çempionu Vladimir Kramnik (Rusiya), dünya birinciliyində əvvəlki matçın iştirakçısı Sergey Karyakin (Rusiya), Aleksandr Qrişuk (Rusiya), Fabiano Karuana (ABŞ), Uesli So (ABŞ), Şəhriyar Məmmədyarov (Azərbaycan), Din Lijen (Çin), Levon Aronyan (Ermənistan).

Son xəbərlər

Orphus sistemi