Dünya çempionatı: Şahmat üzrə Azərbaycan millisi Rusiya ilə heç-heçə edib

Dünya çempionatı: Şahmat üzrə Azərbaycan millisi Rusiya ilə heç-heçə edib Qazaxıstanın paytaxtı Astanada keçirilən komandalararası dünya çempionatında kişi şahmatçılardan ibarət Azərbaycan millisi VI tur oyununa çıxıb.
Fərdi
11 Mart , 2019 18:06
Dünya çempionatı: Şahmat üzrə Azərbaycan millisi Rusiya ilə heç-heçə edib

Qazaxıstanın paytaxtı Astanada keçirilən komandalararası dünya çempionatında kişi şahmatçılardan ibarət Azərbaycan millisi VI tur oyununa çıxıb.

"Report"un məlumatına görə, rəqib Rusiya yığması olub. Qarşılaşmada qalib müəyyənləşməyib - 2:2. 

Milli üzvlərindən Nicat AbbasovEltac Səfərli görüşlərini heç-heçə ilə başa vurub. Arkadi Naydiç qələbə qazanıb, Rauf Məmmədov isə rəqibinə uduzub.

Dünya çempionatı, VI tur

11 mart

Rusiya – Azərbaycan - 2:2

Sergey Karyakin - Arkadi Naydiç - 0:1

Yan Nepomnyaşi - Rauf Məmmədov - 1:0

Aleksandr Qrişuk - Eltac Səfərli - 0,5:0,5

Vladislav Artemyev - Nicat Abbasov - 0,5:0,5

VI turun digər qarşılaşmaları

İran - İngiltərə - 1:3 

Hindistan - Qazaxıstan - 3,5:0,5 

İsveç - ABŞ - 0,5:3,5 

Misir - Çin - 2:2

Qeyd edək ki, bu nəticələrdən sonra Rusiya 10 xalla vahid liderdir. 9 xala malik olan Hindistan və İngiltərə 2-3-cü yerləri bölüşdürür. ABŞ 8 xalla 4-cü, Çin 6 xalla 5-ci yerdədir. Azərbaycan, Qazaxıstan və İsveç 4 xalla 7-9-cu yerləri bölüşdürür, bir xalı olan Misir isə sonuncu - 10-cu yerdədir.

Son xəbərlər

Orphus sistemi