Bakıdakı Dünya Kubokuna 23 vəsiqə verən Avropa çempionatı başa çatıb
Fərdi
- 10 mart, 2015
- 09:05
Bakı. 10 mart. REPORT.AZ/ İsraildə kişilər arasında şahmat üzrə Avropa çempionatı başa çatıb. "Report"un məlumatına görə, yarışda 33 ölkədən 118-i qrossmeyster olmaqla, 250 şahmatçı birincilik uğrunda mübarizə aparıb.
Azərbaycanı qitə çempionatında Rauf Məmmədov, Nicat Abbasov və Vüqar Rəsulov təmsil ediblər. Çempionatın qalibi 11 oyundan 8.5 xal toplayan Rusiya şahmatçısı Yevgeni Nayer olub. Azərbaycanlı zəka sahibi Rauf Məmmədov aktivinə 7 xal yazarq 27 - 42-ci yerləri bölüşdürüb. Nicat Abbasov və Vüqar Rəsulov isə 5.5 xal toplayaraq 115-ci və 129-cu pillədə qərarlaşıblar.
Qeyd edək ki, yarışın əsasnaməsinə görə, çempionatda ilk 23 yeri tutan şahmatçılar bu il Bakıda keçiriləcək Dünya Kubokuna vəsiqə qazanıblar.
Son xəbərlər
00:28
İran Hörmüz boğazının tamamilə bağlandığını elan edib
Region00:00
Aİ ölkələri Çinlə rəqabət fonunda 300 min iş yerini itirə bilər
Digər ölkələr23:35
Foto
Tramp Ayın ABŞ-yə məxsus olduğunu iddia edib
Digər ölkələr23:13
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 14-ə çatıb - YENİLƏNİB
Digər ölkələr22:52
"Çelsi" London derbisində "Arsenal"a məğlub olub
Futbol22:28
Sabah Yasamalın bir sıra ərazilərində işıq olmayacaq
Energetika22:20
Türkiyənin voleybol millisi tarixində ikinci dəfə Avropa çempionu olub
Komanda22:07
Premyer Liqa: "Qarabağ" növbəti qələbəsini qazanıb
Futbol22:05