Şahmat Olimpiadası: Azərbaycanın qadın millisi 3-cü qələbəsini qazanıb

Şahmat Olimpiadası: Azərbaycanın qadın millisi 3-cü qələbəsini qazanıb Qadınlardan ibarət Azərbaycan millisi Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşünü keçirib.
Fərdi
31 İyul , 2022 18:47
Şahmat Olimpiadası: Azərbaycanın qadın millisi 3-cü qələbəsini qazanıb

Qadınlardan ibarət Azərbaycan millisi Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşünü keçirib.

"Report"un məlumatına görə, yığma III turda Yunanıstan seçməsini sınağa çəkib. Rəqibini məğlub edən milli komanda ardıcıl 3-cü qələbəsini qazanıb.

Günay Məmmədzadə, Xanım Balacayeva və Gülnar Məmmədova rəqibləri ilə heç-heçə ediblər. Yeganə qalibiyyəti isə Gövhər Beydullayeva əldə edib.

Komanda ilk turda Birləşmiş Ərəb Əmirliklərini, ikinci turda isə Finlandiyanı 4:0 hesabı ilə üstələyib.

Azərbaycan - Yunanıstan - 2,5:1,5

Günay Məmmədzadə - Stavrula Tsolakidu - 0,5:0,5

Xanım Balacayeva - Anastasiya Avramidu - 0,5:0,5

Gövhər Beydullayeva - Yekaterina Pavlidu - 1:0

Gülnar Məmmədova - Haritomeni Markantonaki - 0,5:0,5

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası avqustun 10-da başa çatacaq.

Son xəbərlər

Orphus sistemi