Sahib Ələkbərov: "Bu, hələ başlanğıcdır"

Sahib Ələkbərov: "Bu, hələ başlanğıcdır" "İslamiada ərəfəsində belə bir nəticəyə nail olmağımız bizim üçün xüsusi məna kəsb edir"
Fərdi
4 May , 2017 17:21
Sahib Ələkbərov: Bu, hələ başlanğıcdır
Sahib Ələkbərov / Report

Bakı. 4 may. REPORT.AZ/ “Çox yaxşı haldır ki, gənc idmançımız Kiril Pozdnyakov ikinci mərhələnin qalibi oldu. Velosipedçimiz həm lider köynəyini aldı, həm də digər mükafatlara layiq görüldü. Düşünürəm ki, bu hələ başlanğıcdır, gələcəkdə belə mükafatlar çox olacaq. Yarışın yüksək səviyyədə keçməsi üçün əmək sərf edən bütün insanlara təşəkkürümü bildirirəm”.

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turunun Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov deyib.

O, “Tour d’Azerbaidjan-2017”nin 2-ci mərhələsinin də dünənki mərhələ kimi uğurla başa çatdığını bildirib: "Dağlıq ərazilərin çox olduğu 187 km məsafəni idmançılarımızın hamısı heç bir problemlə üzləşmədən başa vurdular. Güclü olan velosipedçilər isə qalib gəldilər”.

S.Ələkbərov Azərbaycan idmançılarının bu yarışa xüsusi hazırlaşdıqlarını bilidirib: “Ötən il bu mərhələdə Azərbaycan idmançısı Maksim Averin qalib gəlmişdi. Bu il isə Kiril Pozdnyakov birinci oldu. Hər bir mərhələ idmançılarımız düşərli sayılır. Velosipedçilərimiz bu yarışa xüsusi hazırlaşırdırlar. Komandamızın üzvlərinin hamısı gənclərdən ibarətdir. Onlar özlərini göstərmək üçün əllərindən gələni edirlər. IV İslam Həmrəyliyi Oyunları ərəfəsində belə bir nəticəyə nail olmağımız bizim üçün xüsusi məna kəsb edir. Qələbəmiz bütün dünya ictimaiyətinin diqqətini Azərbaycan cəlb edir”.

AzVİF-in vitse-prezidenti “Tour d’Azerbaidjan”a dünyada kifayət qədər yüksək maraq olduğunu da vurğulayıb.

Son xəbərlər

Orphus sistemi