Beynəlxalq Cüdo Federasiyasının (IJF) İcraiyyə Komitəsi Rusiya və Belarus idmançılarının yarışlarda iştiraka buraxıldığını elan edib.
“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Cüdo Federasiyası məlumat yayıb.
Qeyd olunub ki, Rusiya və Belarus idmançıları federasiya yarışlarında fərdi idmançı kimi çıxış evə biləcək.
Həmçinin bildirilib ki, federasiya mümkün hərbi təbliğata xüsusi diqqət yetirməklə, iştirak üçün müraciət edən bütün şəxslərin keçmişini, o cümlədən sosial media məzmununu yoxlamaqla bağlı müstəqil, nüfuzlu bir şirkət cəlb edəcək.
Vurğulanıb ki, yalnız yoxlamadan keçən idmançılar və yardımçı heyət Beynəlxalq Cüdo Federasiyasının himayəsi altında keçiriləcək yarışlarda iştirak üçün İcraiyyə Komitəsi tərəfindən nəzərdən keçiriləcək.