Rusiyanın tanınmış məşqçisi koronavirusdan vəfat etdi

Rusiyanın tanınmış məşqçisi koronavirusdan vəfat etdi O, onkoloji xəstəlikdən də əziyyət çəkirdi
Fərdi
3 Aprel , 2021 12:07
Rusiyanın tanınmış məşqçisi koronavirusdan vəfat etdi
Yevgeni Zaqorulko

SSRİ və Rusiyanın atletika üzrə əməkdar məşqçisi Yevgeni Zaqorulko 78 yaşında dünyasını dəyişib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, koronavirusa yoluxduğu üçün xəstəxanaya yerləşdirilmiş tanınmış mütəxəssis gecə saatlarında vəfat edib. O, onkoloji xəstəlikdən də əziyyət çəkirdi.

Qeyd edək ki, Yevgeni Zaqorulko Anna Çiçerova, Andrey Silnov, Gennadi Avdeyenko və Yelena Yelesina kimi olimpiya çempionlarının məşqçisi olub. O, "4-cü dərəcəli Vətənə xidmət", "Dostluq" və "Şərəf" ordenləri ilə təltif edilib. Zaqorulko 2012-ci ildə Rusiya Olimpiya Komitəsinin təşkil etdiyi "Sportivnaya Elita-2012" tədbirində "İlin ən yaxşı məşqçisi" seçilib.

Son xəbərlər

Orphus sistemi