Rusiyanın güləş üzrə gənclərdən ibarət millisinin məşqçisi terrorçuluqda ittiham olunub

Rusiyanın güləş üzrə gənclərdən ibarət millisinin məşqçisi terrorçuluqda ittiham olunub Rusiyanın sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandasının məşqçisi Əlişiri İsmatzoda terror fəaliyyətinə şərait yaratmaqda ittiham olunub.
Fərdi
3 İyul , 2024 20:58
Rusiyanın güləş üzrə gənclərdən ibarət millisinin məşqçisi terrorçuluqda ittiham olunub

Rusiyanın sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandasının məşqçisi Əlişir İsmatzoda terror fəaliyyətinə şərait yaratmaqda ittiham olunub.

"Report" TASSA-a istinadən xəbər verir ki, Moskvanın Şerbinski Rayon Məhkəməsi İsmatzoda barədə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətə baxır.

Məşqçinin Tacikistanda terrorçuluğa görə mühakimə olunan və eyni zamanda Suriyada hərbi əməliyyatlarda iştirak edən qohumu olduğu bildirilir. Bundan əlavə, İsmatzodanın mənzilində axtarış zamanı ekstremist ədəbiyyat aşkarlanıb.

O, terrorçuluq fəaliyyətinə sövq etmək və cəlb etməkdə şübhəli bilinərək saxlanılıb.

Son xəbərlər

Orphus sistemi