Rusiyalı idmançı dopinqə görə diskvalifikasiya edilib

Rusiyalı idmançı dopinqə görə diskvalifikasiya edilib Onun qanında furosemid preparatı tapılıb
Fərdi
16 Aprel , 2018 20:01
Rusiyalı idmançı dopinqə görə diskvalifikasiya edilib

Bakı. 16 aprel. REPORT.AZ/ Beynəlxalq Tennis Federasiyası (ITF) Rusiyanın 16 yaşlı tennisçisi Elizabet Koklini qadağan olunmuş preparatlardan istifadəyə görə diskvalifikasiya edib.

"Report" xəbər verir ki, rusiyalı tennisçi bir il müddətinə müsabiqələrdən kənarlaşdırılıb. 

Onun qanında furosemid preparatı tapılıb. Test Türkiyənin İstanbul şəhərində keçirilən turnirdə aparılıb.

Qeyd edək ki, istintaqın nəticələrinə əsasən, Koklinin qadağan olunmuş maddələrdən yararlandığı aşkarlanıb.

Son xəbərlər

Orphus sistemi