Rusiyalı tennisçi Daniil Savelyev antidopinq qaydalarını pozduğuna görə iki il müddətinə diskvalifikasiya edilib.
"Report" xəbər verir ki, idmançının dopinq nümunəsində qadağan olunmuş maddə - meldonium aşkarlanıb.
Qeyd edək ki, 23 yaşlı tennisçidən avqustun 20-də test götürülüb və cəzası həmin gündən hesablanır. O, verilən cəzaya etiraz etməyib.