Rusiyadakı Avropa çempionatı ləğv olundu

Rusiyadakı Avropa çempionatı ləğv olundu Rusiyanın Yekaterinburq şəhərində keçirilməsi planlaşdırılan Samba üzrə Avropa çempionatı ləğv edilib.
Fərdi
3779
19 Oktyabr , 2020 18:22
Rusiyadakı Avropa çempionatı ləğv olundu

Rusiyanın Yekaterinburq şəhərində keçirilməsi planlaşdırılan Samba üzrə Avropa çempionatı ləğv edilib.

"Report" xəbər verir ki, bu barədə TASS-a Avropa və Ümümrusiya Sambo Federasiyasının prezidenti Sergey Yeliseyev məlumat verib.

O bildirib ki, yarış dünyada, Rusiyada və xüsusən Yekaterinburqda pisləşən epidemioloji vəziyyətə görə ləğv edilib.

Qeyd edək ki, Avropa çempionatı bu il noyabrın sonunda keçirilməli idi. Yarışda Azərbaycan idmançılarının da iştirakı nəzərdə tutulmuşdu.

Son xəbərlər

Orphus sistemi