Yuxarı
    Bağlamaq

    ​Rusiya yüngül atletika yığması baş məşqçisiz qalıb

    Bu barədə Rusiya Atletika Federasiyasının prezidenti Valentin Balaxniçev yerli mətbuata bildirib

    Bakı. 24 yanvar. REPORT.AZ/ Rusiyanın yüngül atletika üzrə yığma komandasının baş məşqçisi Valentin Maslakov tutduğu postdan istefa verib. "Report"un məlumatına görə, bu barədə Rusiya Atletika Federasiyasının prezidenti Valentin Balaxniçev yerli mətbuata bildirib.

    Baş məşqçinin istefasını doğru addım hesab edən federasiya rəsmisi ona təşəkkür edib: "Rusiya milli komandası ilə bağlı ədalətli, düzgün qərar verdiyi üçün ona təşəkkür edirik. Mövzu ilə bağlı onunla uzun söhbətimiz oldu. O, düzgün qərar qəbul etdi".

    Qeyd edək ki, bir neçə gün bundan əvvəl Rusiya Antidopinq Agentliyi (RUSADA) 5 yerli atleti yarışlardan kənarlaşdırıb. Onlardan 4-ü müxtəlif müddətə, 1-i isə ömürlük diskvalifikasiyaya məruz qalıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi