Yuxarı

Roma 2024-cü il olimpiadasına namizədlikdən imtina edir

Xanım mer əmindir ki, İtaliya paytaxtı olimpiadanın keçirilməsinə deyil, öz iqtisadi problemlərinə diqqət yönəltməlidir

Bakı. 29 avqust. REPORT.AZ/ İtaliyanın paytaxtı Roma 2024-cü il Yay Olimpiya Oyunlarına namizədlikdən imtina edəcək. "Report"un "Inside The Games" nəşrinə istinadən verdiyi məlumata görə, şəhərin yeni meri Virciniya Raci belə bir fikrə düşüb.

O əmindir ki, Roma olimpiadanın keçirilməsinə deyil, öz iqtisadi problemlərinə diqqət yönəltməlidir. Xanım mer imtina qərarını İtaliya paralimpiya yığmasının Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Oyunlara yolasalma mərasimində açıqlaya bilər. Romanın olimpiada təşkilinə xərcləməyi planlaşdırdığı 27,5 milyon dollar rəqibləri Los-Anceles (ABŞ), Budapeşt (Macarıstan) və Paris (Fransa) şəhərlərinin nəzərdə tutduğu məbləğdən əhəmiyyətli dərəcədə geri qalır.

Qeyd edək ki, qalib şəhərin adı 13 sentyabr 2017-ci ildə Perunun paytaxtı Limada açıqlanacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi