Fransanın açıq çempionatında ("Roland Garros") ispaniyalı tennisçi Rafael Nadalın finaldakı rəqibi müəyyənləşib.
"Report"un məlumatına görə, bu, dünyanın bir nömrəli raketka ustası Novak Cokoviçdir. Serbiyalı tennisçi 3 saat 58 dəqiqə davam etmiş mübarizənin yekununda yunanıstanlı Stefanos Tsitsipası çətinliklə yenib - 6:3, 6:2, 5:7, 4:6, 6:1.
Final görüşü oktyabrın 11-də keçiriləcək.
Qeyd edək ki, qadınların fərdi mübarizəsində həlledici görüşdə polşalı İqa Şvyontek və ABŞ-dan olan Sofiya Kenin üz-üzə gələcək.
İspaniyalı tennisçi Rafael Nadal ardıcıl dördüncü dəfə Fransanın açıq çempionatında ("Roland Garros") finala yüksəlib.
"Report"un məlumatına görə, 34 yaşlı idmançı yarımfinalda argentinalı Dieqo Şvartsmanı 3 setlik mübarizədə yenib - 6:3, 6:3, 7:6 (7:0). Görüş 3 saat 12 dəqiqə davam edib.
Digər yarımfinal görüşündə dünyanın bir nömrəli tennisçisi, serbiyalı Novak Cokoviç və yunanıstanlı Stefanos Tsitsipas üz-üzə gələcək. Turnirin ümumi mükafat fondu 38 milyon avrodur.
Qeyd edək ki, Rafael Nadal karyerasında ümumilikdə 13 dəfə finala çıxıb. Əvvəlki 12 finaldan o, qalib ayrılıb.