Rəcəbov Nepomnyaşi ilə ilk görüşlərini erkən bitirdi

Rəcəbov Nepomnyaşi ilə ilk görüşlərini erkən bitirdi Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VI mərhələsi olan "The FTX Crypto Cup"da həlledici mərhələyə start verilib.
Fərdi
320
30 May , 2021 20:25
Rəcəbov Nepomnyaşi ilə ilk görüşlərini erkən bitirdi
Teymur Rəcəbov

Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VI mərhələsi olan "The FTX Crypto Cup"da həlledici mərhələyə start verilib.

"Report"un məlumatına görə, azərbaycanlı qrossmeyster Teymur Rəcəbov 3-cü yer uğrunda görüşdə İddiaçılar Turnirinin rusiyalı qalibi Yan Nepomnyaşi ilə üz-üzə gəlir.

İlk oyun günündə 4 partiyanın hamısı heç-heçə ilə yekunlaşıb - 2:2. Cavab görüşləri mayın 31-də keçiriləcək.

Finalda Karlsen ABŞ təmsilçisi Uesli So ilə qarşılaşır.

Çempionlar Turu, VI mərhələ

The FTX Crypto Cup

30 may

3-cü yer uğrunda, ilk görüşlər

Teymur Rəcəbov (Azərbaycan) - Yan Nepomnyaşi (Rusiya) - 2:2 (0,5:0,5; 0,5:0,5; 0,5:0,5; 0,5:0,5)

Qeyd edək ki, turnirin mükafat fondu 220 min ABŞ dolları və 100 min dollar məbləğində bitkoin bonusdur.

Son xəbərlər

Orphus sistemi