​Rafael Ağayev "İlin karateçisi" seçilib

​Rafael Ağayev "İlin karateçisi" seçilib AMKF ilin yekunlarına dair tədbir keçirib
Fərdi
29 Dekabr , 2015 11:02
​Rafael Ağayev İlin karateçisi seçilib

Bakı. 29 dekabr. REPORT.AZ/ Azərbaycan Milli Karate Federasiyası (AMKF) 2015-ci ilə yekun vurub. "Report"un federasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu münasibətlə keçirilən tədbirdə "Bakı 2015" I Avropa Oyunlarının qalibləri Firdovsi Fərzəliyevlə Ayxan Mamayevin Prezident İlham Əliyev tərəfindən mənzillə təmin edildiyi xatırlanıb. 

Həmçinin, Azərbaycan karateçilərinin böyüklərin Avropa çempionatında, yeniyetmə və gənclərin Avropa və dünya çempionatlarında, eləcə də Premyer Liqa turnirlərində 47 qızıl, 53 gümüş və 56 bürünc olmaqla, 156 medal qazandıqları vurğulanıb. Baş sponsor Azərbaycan Beynəlxalq Bankının rəsmi nümayəndəsi Elmir Həbibullayev dünyada baş verən iqtisadi çətinliklərə baxmayaraq, karateçilərin 2016-cı ildə də lazımi səviyyədə maliyyələşdiriləcəyini bildirib.

Tədbirin sonunda "İlin ən yaxşıları" nominasiyasında "İlin karateçisi" adına Rafal Ağayev və İlahə Qasımova, “İlin məşqçisi” Şahin Xudaverdiyev, “İlin hakimi” isə Vüqar Kərimov layiq görülüb. Həmçinin 2015-ci ldə müxtəif rəsmi beynəlxaq yarışlarda uğurla çıxış edən idmançılara, məşqçi və hakimlərə pul mükafatları verilib.

Son xəbərlər

Orphus sistemi