Qran-pri: Azərbaycanın iki cüdoçusu bürünc medal görüşündə məğlub olub - YENİLƏNİB

Qran-pri: Azərbaycanın iki cüdoçusu bürünc medal görüşündə məğlub olub - YENİLƏNİB İbrahim Əliyev finala gedən yolda yerli idmançı Behruzi Xocazodaya yenilib
Fərdi
3 İyun , 2023 16:37
Qran-pri: Azərbaycanın iki cüdoçusu bürünc medal görüşündə məğlub olub - YENİLƏNİB

Azərbaycan cüdoçusu İbrahim Əliyev Tacikistanın paytaxtı Düşənbədə keçirilən Qran-pridə bürünc medal qazana bilməyib.

"Report"un məlumatına görə, 73 kq çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə fransalı Benyamin Axusa uduzub.

Eyni çəkidəki Nurlan Osmanov bürünc medal qarşılaşmasında meksikalı Gilberto Kardosoya yenilib.

Qeyd edək ki, daha əvvəl Turan Bayramov (60 kq) və Gültac Məmmədəliyeva (52 kq) gümüş, Yaşar Nəcəfov (66 kq) bürünc medal qazanıb. Yarış iyunun 4-də başa çatacaq.

13:46

Azərbaycanın iki cüdoçusu Tacikistanın paytaxtı Düşənbədə keçirilən Qran-pridə bürünc medal uğrunda görüşə çıxacaq.

"Report" məlumatına görə, 73 kq çəki dərəcəsində çıxış edən Nurlan Osmanov yarımfinalda rusiyalı Maxmadbek Maxmadbekova uduzub.

Eyni çəkidəki İbrahim Əliyev finala gedən yolda yerli idmançı Behruzi Xocazodaya yenilib.

Onlar medal qarşılaşmasında müvafiq olaraq meksikalı Gilberto Kardoso və fransalı Benyamin Axusla üz-üzə gələcəklər.

Qeyd edək ki, daha əvvəl Turan Bayramov (60 kq) və Gültac Məmmədəliyeva (52 kq) gümüş, Yaşar Nəcəfov (66 kq) bürünc medal qazanıb. Yarış iyunun 4-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi