Qılıncoynadanımız beynəlxalq turnirdə bürünc medal qazanıb

Fərdi
  • 20 oktyabr, 2018
  • 22:56
Qılıncoynadanımız beynəlxalq turnirdə bürünc medal qazanıb

Bakı.21 oktyabr. REPORT.AZ/ Türkiyənin Antalya şəhərində qılıncoynatma üzrə"B" kateqoriyalı "Satellite" turnirinə yekun vurulub.

"Report"xəbər verir ki, sablya üzrə qadınlardan ibarət yığma komandamızın üzvü Səbinə Kərimovaturnirin bürünc medalını qazanıb. Qrup mərhələsində keçirdiyi 6 görüşdən 5-də qələbəqazanan S. Kərimova uğurlu çıxışın davamını pley-offda da gətirib. 1/8 finaldadigər təmsilçimiz Aysel Əhədovaya qalib gələn Kərimova 1/4 finalda Türkiyəidmançısı Aylin Çakırı 15:10 hesabı ilə məğlub edib. Yarımfinala yüksəlməkləturnirin bürünc medalını təmin edən sablyaçımız finalın bir addımlığındapolşalı Marta Pudaya uduzub. 

Digər təmsilçilərimizdən turnirin 1/4 finalınakimi irəliləyən Sevil Bünyatova yarışı 5-ci sırada tamamlayıb. Mübarizəni 1/8finalda dayandıran Sevinc Bünyatova da ilk 10-luqda yer almağı bacarıb. 6 ölkədən27 sablyaçının yarışdığı turnirdə Aysel Əhədova 14-cü, Nərminə Cəfərova isə21-ci sırada qərarlaşıb.