"Qəbələ" İdman Klubu MMA döyüşçüsü ilə müqavilə imzalayıb

"Qəbələ" İdman Klubu MMA döyüşçüsü ilə müqavilə imzalayıb O, bu kəmərə 2023-cü ilin noyabrında sahib olub
Fərdi
19 Mart , 2024 14:06
Qəbələ İdman Klubu MMA döyüşçüsü ilə müqavilə imzalayıb

“Qəbələ” İdman Klubu və MMA döyüşçüsü Ramin Sultanov arasında müqavilə imzalanıb.

Klubun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, idmançı ilə anlaşmanın müddəti 1 ili əhatə edir.

Sultanov yüngül çəkidə “Eagle FC” çempionudur. O, bu kəmərə 2023-cü ilin noyabrında sahib olub.

Peşəkar karyerasına 2019-cu ildə başlayan idmançı indiyədək 10 döyüş keçirib. Onun hesabında 9 qələbə var.

Son xəbərlər

Orphus sistemi