Qarabağ qaziləri idmana cəlb edilir

Qarabağ qaziləri idmana cəlb edilir Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimov qış idman növlərində iştirak edəcək qazilərlə görüşüb.
Fərdi
181
2 Dekabr , 2021 22:22
Qarabağ qaziləri idmana cəlb edilir

Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimov qış idman növlərində iştirak edəcək qazilərlə görüşüb.

AMPK-dan "Report"a verilən məlumata görə, görüşdə qurumun baş katibi Kamal Məmmədov, Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarının qalibi Elvin Astanov, idman şöbəsinin müdiri Rauf Mürsəlov, qış idman növləri üzrə kurator Azər Tapdıqov və Qarabağ qaziləri də iştirak ediblər.

Digər qazilərin də idmana cəlb edilməsi üçün "Qarabağ qaziləri ilə iş və idman seleksiya komissiyası"nın yaradıldığını xatırladan İ.Rəhimov müharibə iştirakçılarının Azərbaycanın üçrəngli bayrağını döyüş meydanında qaldırdıqları kimi beynəlxalq idman arenalarında da dalğalandıracaqlarından əmin olduğunu vurğulayıb.

Qeyd edək ki, qazilər 3 - 17 dekabrda Rusiyanın Ufa şəhərində keçiriləcək təlim-məşq toplanışında iştirak edəcəklər.

Son xəbərlər

Orphus sistemi