Qadın paralimpiyaçı qaçış zolağında evlilik təklifi alıb

Qadın paralimpiyaçı qaçış zolağında evlilik təklifi alıb Tokio-2020 Yay Paralimpiya Oyunlarında maraqlı hadisə baş verib.
Fərdi
2 Sentyabr , 2021 19:10
Qadın paralimpiyaçı qaçış zolağında evlilik təklifi alıb

Tokio-2020 Yay Paralimpiya Oyunlarında maraqlı hadisə baş verib.

"Report"un məlumatına görə, 200 metr məsafəyə qaçışda mübarizə aparan görmə məhdudiyyətli qadın para-atlet Keula Nidreyya yarış başa çatdıqdan sonra gözlənilməz sürprizlə qarşılaşıb.

Yarışı sonuncu pillədə başa vuran kabo-verdeli idmançının bələdçisi və nişanlısı Manuel Vaz de Beqa qaçış zolağında diz çökərək, ona evlilik təklif edib. Nidreyya təklifə müsbət cavab verib.

Son xəbərlər

Orphus sistemi