Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatında çıxış edəcək Azərbaycanın qadın güləşçilərinin rəqibləri müəyyənləşib.
Federasiyadan “Report”a verilən məlumata görə, bu gün püşkatma mərasimi baş tutub.
Qadınlar aprelin 19-dan 21-dək qitə birinciliyində mübarizə aparacaqlar.
50 kq, təsnifat mərhələsi: Mariya Stadnik – Evin Demirhan (Türkiyə)
53 kq, təsnifat mərhələsi: Türkan Nəsirova – Mariya Spirkovska (Şimali Makedoniya)
55 kq, təsnifat mərhələsi: Elnurə Məmmədova – Laura Stanelite (Litva)
57 kq, 1/4 final: Jalə Əliyeva – Anna Şel (Macarıstan) / Elena Brügger (Almaniya)
59 kq, 1/4 final: Alyona Kolesnik – Yovana Radivoyeviç (Serbiya) / Morena de Vita (İtaliya)
62 kq, təsnifat mərhələsi: Birgül Soltanova – Viktoriya Vesso (Estoniya)
65 kq, 1/4 final: Elis Manolova – İrina Rinqaci (Rumıniya) / Kendra Daçer (Fransa)
72 kq, təsnifat mərhələsi: Nigar Mirzəzadə - Lyudmila Tiçina (Ukrayna)
Qeyd edək ki, ilk olaraq aprelin 19-da 50, 55, 59, 68 və 76 kq-da çıxış edən qadın güləşçilər mübarizəyə start verəcəklər.