Roma marafonu koronavirusa görə ləğv olundu

Roma marafonu koronavirusa görə ləğv olundu Martın 29-da İtaliyanın paytaxtı Romada keçirilməli olan qaçış marafonu təxirə salınıb.
Fərdi
5 Mart , 2020 18:39
Roma marafonu koronavirusa görə ləğv olundu

Martın 29-da İtaliyanın paytaxtı Romada keçirilməli olan qaçış marafonu təxirə salınıb.

"Report" xəbər verir ki, bu barədə yarışın rəsmi "Facebook" səhifəsi məlumat paylaşıb. 

Roma marafonunun koronavirus epidemiyasına görə ləğv olunduğu bildirilib.

İtaliyanın baş naziri Cüzeppe Kontenin dünən imzaladığı fərmana əsasən, insanlar arasında ən azı 1 metr məcburi məsafəni təmin etmək mümkün olmadıqda bütün ictimai tədbirlər, o cümlədən idman yarışları ləğv olunmalıdır.

Qeyd edək ki, İtaliyada indiyədək 3 089 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 107-si ölüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 87 ölkə və regionu əhatə edir.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 96 898-ə çatıb. Bunların 53 975 nəfəri sağalıb, 3 308 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

Son xəbərlər

Orphus sistemi