Prezident: "Gənclər və İdman Nazirliyi güləşə xüsusi diqqət yetirməlidir"

Prezident: "Gənclər və İdman Nazirliyi güləşə xüsusi diqqət yetirməlidir" "Güləş, qeyd etdiyim kimi, hər birimiz üçün çox əziz idman növüdür, yəqin ki, Azərbaycanda ən populyar, ən məşhur idman növüdür. Ona görə həm məşqçilər, həm idman federasiyasının nümayəndələri, Gənclər və İdman Nazirliyi bu amili nəzərə alaraq güləşə əlbə
Fərdi
8 Aprel , 2022 13:46
Prezident: Gənclər və İdman Nazirliyi güləşə xüsusi diqqət yetirməlidir

"Güləş, qeyd etdiyim kimi, hər birimiz üçün çox əziz idman növüdür, yəqin ki, Azərbaycanda ən populyar, ən məşhur idman növüdür. Ona görə həm məşqçilər, həm idman federasiyasının nümayəndələri, Gənclər və İdman Nazirliyi bu amili nəzərə alaraq güləşə əlbəttə ki, xüsusi diqqət verməlidirlər".

"Report"un məlumatına görə, bunu Prezident İlham Əliyev Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini qəbul edərkən deyib.

"Əminəm ki, gələcək yarışlarda biz, əlbəttə, birinci sıralarda olacağıq. Gələcək yarışlara gəldikdə isə iki ildən sonra Yay Olimpiya Oyunları keçiriləcək. Vaxt az qalıb və hesab edirəm ki, nəinki güləş, eyni zamanda, bütün idman növlərində lisenziya qazanacaq idmançılar bu əsas yarışa indidən hazırlaşmalıdırlar, düzgün təlim-məşq toplanışları, yarışlar müəyyən edilməlidir. Əminəm ki, belə də olacaq və Yay Olimpiya Oyunlarında da biz bir daha ölkəmizin gücünü, idman gücünü göstərəcəyik. Çünki Olimpiya Oyunları, Yay Olimpiya Oyunları bütün idman yarışları arasında əlbəttə ki, xüsusi yer tutur, fərqlənir. Hesab edirəm ki, bütövlükdə növbəti Olimpiya Oyunlarında Azərbaycan çox uğurla çıxış edə bilər. İndidən bir şey deyə bilmərəm, çünki hələ iki il vaxt var, amma gərək bütün səylərimiz məhz bu məqsədə çatmaq üçün hesablansın", - dövlət başçısı vurğulayıb.

Son xəbərlər

Orphus sistemi