Polşada keçiriləcək Avropa Oyunları üçün ikinci maskot təsdiqlənib

Polşada keçiriləcək Avropa Oyunları üçün ikinci maskot təsdiqlənib 2023-cü ildə Polşanın Krakov və Malapolska şəhərlərinin ortaq ev sahibliyi edəcəkləri Avropa oyunlarının ikinci maskotu da seçilib.
Fərdi
18 oktyabr 2022 10:21
Polşada keçiriləcək Avropa Oyunları üçün ikinci maskot təsdiqlənib

2023-cü ildə Polşanın Krakov və Malapolska şəhərlərinin ortaq ev sahibliyi edəcəkləri Avropa oyunlarının ikinci maskotu da seçilib.

“Report”un məlumatına görə, ötən həftə baş tutan müsabiqədə “Krakuşek” adlı əjdaha maskot olaraq təsdiqlənsə də, daha sonra “Salamandra Sandra” da ikinci maskot kimi seçilib.

Qara və qızılı rəngləri özündə əks etdirən “Salamandra Sandra” adlı kərtənkələ internet istifadəçilərinin səsverməsində cüzi fərqlə məğlub olsa da, təşkilatçılar tərəfindən qəbul edilib.

“Salamandra Sandra”nın dizayneri 10 yaşlı Qloriya Qorik adlı qızdır.

Hər iki maskotun ortaq şüarı isə “Biz birlikdəyik!” olacaq.

Qeyd edək ki, Krakov və Malopolskada keçiriləcək Avropa Oyunlarının açılışı 2023-cü il iyunun 23-də planlaşdırılır.

Yarışda 25 idman növü üzrə proqram təsdiqlənib. Təşkilatçılar güləşin də bura əlavə oluna biləcəyinə ümid edirlər.

Son xəbərlər

Orphus sistemi