Pekin-2022: Azərbaycanın daha bir təmsilçisi mübarizəyə başlayır

Pekin-2022: Azərbaycanın daha bir təmsilçisi mübarizəyə başlayır Azərbaycanın fiqurlu konkisürəni Yekaterina Ryabova bu gün Pekin-2022 Qış Olimpiya Oyunlarında mübarizəyə başlayacaq
Fərdi
15 Fevral , 2022 00:01
Pekin-2022: Azərbaycanın daha bir təmsilçisi mübarizəyə başlayır

Azərbaycanın fiqurlu konkisürəni Yekaterina Ryabova bu gün Pekin-2022 Qış Olimpiya Oyunlarında mübarizəyə başlayacaq.

"Report"un məlumatına görə, 19 yaşlı idmançı qısa proqramda məharətini göstərməyə çalışacaq.

Ryabova Bakı vaxtı ilə saat 14:00-da start götürəcək yarışda buz üzərinə 24-cü çıxacaq.

Konkisürən ən yaxşı 24 iştirakçı arasına düşə bilsə, fevralın 17-də keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq. Siyahıda ümumilikdə 30 idmançı yer alıb.

Qeyd edək ki, Azərbaycanın kişi fiqurlu konkisürəni Vladimir Litvintsev Pekin-2022-də 18-ci yeri tutub. Pekin-2022 Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi