Bu gün bəxtim gətirmədi, nəticəmdən narazıyam.
"Report"un Parisə ezam olunmuş əməkdaşının məlumatına görə, bunu Azərbaycan triatlonçusu Rostislav Pevtsov deyib.
Təmsilçimiz Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarındakı çıxışı barədə danışıb:
"Artıq üçüncü dəfə olimpiadada iştirak etdiyim üçün xoşbəxtəm. Belə yarışlar idmançılara üstünlük verir. Bu gün bəxtim gətirmədi, nəticəmdən narazıyam. Yarışın ikinci dövrəsində velosipedimin təkəri deşildi. Onu dəyişmək çox vaxtımı aldı. Təəssüf ki, bu hadisəyə görə mükafatçılar sırasına düşə bilmədim. Yarışdan sonra bir az istirahət etmək istəyirəm. Daha sonra yenidən məşqlərə start verəcəyəm".
Qeyd edək ki, R.Pevtsov bu gün çıxış etdiyi yarışı 43-cü pillədə başa vurub. O, ümumi məsafəni 1 saat 50 dəqiqə 36 saniyəyə qət edib.