Paris-2024: Bu gün Azərbaycanın yeddi idmançısı və basketbol millisi mübarizəyə başlayır

Paris-2024: Bu gün Azərbaycanın yeddi idmançısı və basketbol millisi mübarizəyə başlayır Azərbaycanın daha altı idmançısı Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında bu gün mübarizəyə start verəcək.
Fərdi
30 İyul , 2024 08:00
Paris-2024: Bu gün Azərbaycanın yeddi idmançısı və basketbol millisi mübarizəyə başlayır

Azərbaycanın daha yeddi idmançısı və qadınlardan ibarət 3x3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında bu gün mübarizəyə start verəcək.

"Report"un məlumatına görə, əvvəlcə kişilərin fərdi yarışında triatlonçumuz Rostislav Pevtsov çıxış edəcək.

Ardınca akademik avarçəkmədə Azərbaycanı təmsil edən Diana Dımçenko 1/4 finalda yarışacaq.

Həmçinin cüdoçu Zelim Tçkayev də mübarizəyə qoşulacaq. 81 kq çəki dərəcəsində yer alan milli üzvü 1/8 final səddini keçməyə çalışacaq.

Üzgüçü Ramil Vəlizadə 200 metr məsafəyə batterflay üsulu ilə üzmədə təsnifat mərhələsini adlamaq istəyəcək.

Daha sonra boksçular - Nicat Hüseynov (51 kq) və Murad Allahverdiyev (80 kq) rinqə çıxacaqlar. 1/8 finaldan başlayacaq N.Hüseynov Dominikandan olan Junior Alkantara Reyeslə üz-üzə gələcəksə, M.Allahverdiyev misirli Abdelrahman Abdelcavvadla qarşılaşacaq.

Bu gün Azərbaycanın kamandan oxatanı Yaylagül Ramazanova da qüvvəsini sınayacaq. Sıralama turunda 647 xalla 39-cu yeri tutan milli üzvü 1/32 finalda çinli An Qixuanla görüşəcək.

Günün sonunda Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi yarışa qoşulacaq. Təmsilçimiz ilk mərhələdə İspaniya yığması ilə görüşəcək.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi