Tokio-2020 Yay Paralimpiya Oyunlarında bu gün qızıl medal qazanan Azərbaycan paracüdoçuları mükafatlandırılıblar.
"Report"un məlumatına görə, fəxri kürsünün ən yüksək pilləsinə qalxan Sevda Vəliyeva (57 kq), Xanım Hüseynova (63 kq) və Hüseyn Rəhimli (81 kq) Azərbaycan himnini səsləndiriblər.
Qeyd edək ki, Azərbaycan idmançıları indiyədək paralimpiadada 6 qızıl və 2 bürünc medala sahib çıxıblar.