Qapalı idman müəssisələrinin açılması yaxın günlərdə gözlənilmir

Qapalı idman müəssisələrinin açılması yaxın günlərdə gözlənilmir “Açıq havada idman yarışlarının keçirilməsi ilə bağlı Operativ Qərargahın tibbi bölməsinə metodik tövsiyələrin hazırlanması ilə bağlı tapşırıq verilib”.
Fərdi
29 May , 2020 18:41
Qapalı idman müəssisələrinin açılması yaxın günlərdə gözlənilmir

“Açıq havada idman yarışlarının keçirilməsi ilə bağlı Operativ Qərargahın tibbi bölməsinə metodik tövsiyələrin hazırlanması ilə bağlı tapşırıq verilib”.

“Report” xəbər verir ki, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

“Demək olar ki, metodik tövsiyələr artıq hazırlanıb və tamamlanıb. Qərargahın rəhbərliyinə təsdiq üçün təqdim edilib. Təsdiq olunduqdan sonra ictimaiyyətə çatdırılacaq. Burada bir sıra ölkələrin təcrübəsindən istifadə etmişik. Bizi narahat edən məqam geyinib-soyunma otaqları və duş yerləridir.

Buradakı qaydaların necə olacağı metodiki tövsiyələrdə əks olunacaq. Fiziki məsafənin gözlənilməsi açıq idman sahələrində ən vacib şərtdir. Qapalı idman müəssələrinin açılması yaxın günlərdə gözlənilmir. Gələcək günlərdə bu barədə aparılan müzakirələrin nəticəsi bildiriləcək”, - R.Bayramlı bildirib.

Son xəbərlər

Orphus sistemi