Olimpiya Təsnifat Turniri: Yunan-Roma güləşçilərimiz mübarizəyə başlayır

Olimpiya Təsnifat Turniri: Yunan-Roma güləşçilərimiz mübarizəyə başlayır Bu gün yunan-Roma güləşi üzrə Azərbaycan millisi Macarıstanın paytaxtı Budapeştdəki Avropa Olimpiya Təsnifat Turnirində mübarizəyə başlayır.
Fərdi
20 Mart , 2021 08:00
Olimpiya Təsnifat Turniri: Yunan-Roma güləşçilərimiz mübarizəyə başlayır

Bu gün yunan-Roma güləşi üzrə Azərbaycan millisi Macarıstanın paytaxtı Budapeştdəki Avropa Olimpiya Təsnifat Turnirində mübarizəyə başlayır.

"Report"un məlumatına görə, yarışda 6 güləşçi iştirak edəcək.

Onlardan biri təsnifat, beşi isə 1/8 finaldan turnirə qoşulacaq.

Yunan-Roma güləşi

60 kq
1/8 final: Murad Məmmədov - Justas Petraviçyus (Litva)

67 kq
Təsnifat: İslambek Dadov - Mihay Mihut (Rumıniya)

77 kq
1/8 final: Sənan Süleymanov - Aleksandrin Qutu (Moldova)

87 kq
1/8 final: İslam Abbasov - Şimon Şimonoviç (Polşa) / Daniel Aleksandrov (Bolqarıstan)

97 kq
1/8 final: Murad Lokyayev - Laokratis Kesidis (Yunanıstan)

130 kq
1/8 final: Beka Kandelaki - Aleksandros Papadatos (Yunanıstan)

Qeyd edək ki, bu gün həmçinin qadın güləşçilər arasında medal görüşləri keçiriləcək. Leyla Qurbanova (53 kq) və Elis Manolova (68 kq) "bürünc" uğrunda mübarizə aparacaq. Alyona Kolesnik (57 kq) və Tatyana Omelçenko (62 kq) isə təsəlliverici görüşlərdə iştirak edəcəklər.

Azərbaycan millisi Avropa Olimpiya Təsnifat Turnirində 4 medal qazanıb. Sərbəst güləçilərdən Hacı Əliyev (65 kq) və Hacımurad Hacıyev (74 kq) gümüş, İslam Bazarqanov (57 kq) və Camaləddin Məhəmmədov (125 kq) isə bürünc medala yiyələnib. H.Əliyev və H.Hacıyev eyni zamanda Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.

Son xəbərlər

Orphus sistemi