Bakı. 21 avqust. REPORT.AZ/ Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən sərbəst güləşçi Şərif Şərifovun bürünc medal qazanıb. "Report"un məlumatına görə, olimpiya çempionunun 86 kq çəki dərəcəsində çıxış edən olimpiya çempionu son təsəlliverici görüşdə venesuelalı Pedro Fransisko Sebalyos Fuentesi məğlub edib - 5:1.
Bununla da 2012-ci il London olimpiadasının qalibi bu dəfə Azərbaycanın aktivinə 15-ci medalı yazdırıb.
***19:18
2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən sərbəst güləşçi Şərif Şərifov finala vəsiqə qazana bilməyib.
“Report”un məlumatına görə, 86 kq çəki dərəcəsində çıxış edən Olimpiya çempionumuz yarımfinalda Abdulrəşid Sadullayevə uduzub. “Bakı-2015” I Avropa Oyunlarının qalibi olan rusiyalı idmançı 8:1 hesabı ilə qalib gəlib.
Bununla da “London-2012”in qalibi olan Şərifov titulunu qorua bilməyib. O, budəfəki olimpiadanın qalibi olmaq üçün bürünc medal uğrunda döyüşə çıxacaq.
***18:34
2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən sərbəst güləşçi Şərif Şərifov yarımfinala yüksəlib. “Reportun”un məlumatına görə, 86 kq çəki dərəcəsində çıxış edən Olimpiya çempionumuz 1/4 finalda da inamlı qələbə qazanıb.
Şərifovun budəfəki rəqibi Polşa təmsilçisi Mateus Baranovski olub. Güləşçimiz ilk hissədə 3, ikinci hissədə 4 xal qazanıb və qarşılaşmanı 7:0 hesabı ilə xeyrinə başa vurub.
Qeyd edək ki, Şərif Şərifovun yarımfinalda rəqibi rusiyalı Abdulrəşid Sadulayev olacaq.
***17:44
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən sərbəst güləşçi Şərif Şərifov ilk görüşünü keçirib.
"Report"un məlumatına görə, 86 kq çəki dərəcəsində çıxış edən olimpiya çempionunun 1/8 finaldakı rəqibi Çin idmançısı Bi Şenqfenq ilə qarşılaşıb.
Olimpiya çempionu ikinci hissənin əvvəlində 10:0 hesablı qələbə ilə görüşü vaxtından əvvəl xeyrinə yekunlaşdırıb.
Bununla da Şərif Şərifov 1/4 final mərhələsinə yüksəlib. O, növbəti mərhələdə Polşa təmsilçisi Zbiqnev Mateus Baranovski ilə qarşılaşacaq. Görüş saat 18:04-də başlayacaq.