Olimpiya çempionu ilin ən yaxşı atleti seçilib

Olimpiya çempionu ilin ən yaxşı atleti seçilib 2021-ci ilin ən yaxşı atleti müəyyənləşib.
Fərdi
1 Dekabr , 2021 21:53
Olimpiya çempionu ilin ən yaxşı atleti seçilib

2021-ci ilin ən yaxşı atleti müəyyənləşib.

"Report" Ümumdünya Atletikasının (World Athletics) rəsmi saytına istinadən xəbər verir ki, bu ada Tokio-2020 Yay Olimpiya Oyunlarında 400 metr məsafəyə qaçışda qızıl medal qazanmış Karsten Varholm layiq görülüb.

Norveçli idmançı səsvermədə Coşua Çeptegeyi (Uqanda), Rayan Krauzer (ABŞ), Arman Düplantis (İsveç) və Eliud Kipçogeni (Keniya) qabaqlayıb.

Qadınlar arasında ilin atleti isə yamaykalı Eleyn Tompson seçilib. O, Tokio olimpiadasında 3 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, ilin ən yaxşı atleti mükafatı 1988-ci ildə təsis olunub.

Son xəbərlər

Orphus sistemi