Olimpiya çempionu açıq havada ustad dərsi keçirəcək
Fərdi
- 01 sentyabr, 2022
- 18:59
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Cüdo Federasiyası (ACF) 6 yaşından yuxarı uşaq və gənclər üçün açıq havada ustad dərsləri təşkil edəcək.
ACF-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, 3 sentyabrda Bakıda Heydər Əliyev Mərkəzinin parkında ustad dərsi keçiriləcək.
Ustad dərsi ACF-in vitse-prezidenti, Olimpiya çempionu Elnur Məmmədli və ACF prezidentinin müşaviri, dünya mükafatçısı Natiq Bağırov tərəfindən təşkil olunacaq. Həmçinin, tədbirdə Rüstəm Orucov, Səid Mollayi və Orxan Səfərov kimi tanınmış Azərbaycan millisinin cüdoçuları da iştirak edəcəklər.
Tədbir saat 18:00-da başlayacaq. 6 yaşdan yuxarı hər kəs idman geyimində tədbirdə ödənişsiz iştirak edə biləcək.
Son xəbərlər
12:46
Foto
Bakı Dialoqu: Su məsələsinin COP31 gündəliyində nəzərə alınması müzakirə olunub
Ekologiya
12:45
Emin Əmrullayev: Uzun illər ibtidai təhsilin keyfiyyəti arzuolunan səviyyədə olmayıb
Elm və təhsil
12:44
Foto
Ağstafada geosiyasi proseslərin dəyərlər sisteminə təsiri mövzusunda konfrans keçirilib - Yenilənib
Din
12:43
"İpək Yolu Sığorta": Qüvvədə olan müqavilələr üzrə öhdəliklər tam icra ediləcək
Maliyyə
12:41
Sabah 21 dərəcə isti olacaq - Proqnoz
Digər
12:35
Ermənistan gələn il hərbi büdcəni 1,71 milyard dollara çatdırmağı planlaşdırır
Digər ölkələr
12:33
Foto
Azərbaycanda təmiz idman prinsiplərinin təbliği istiqamətində növbəti tədbir təşkil olunub
Fərdi
12:33
Vadeful: Azərbaycan Almaniyanın strateji tərəfdaşıdır
Xarici siyasət
12:32
İordaniyada hərbi helikopter qəzaya uğrayıb
Digər ölkələr