​Nazirlik: Avropa çempionatında qondarma Dağlıq Qarabağın "bayrağı" ayaqlar altına atılıb - VİDEO

​Nazirlik: Avropa çempionatında qondarma Dağlıq Qarabağın "bayrağı" ayaqlar altına atılıb - VİDEO Azərbaycan idmançısı erməni üzərində qələbə qazanıb
Fərdi
14 May , 2016 14:28
​Nazirlik: Avropa çempionatında qondarma Dağlıq Qarabağın bayrağı ayaqlar altına atılıb - VİDEO

Bakı. 14 may. REPORT.AZ/ Ukraynada Kunq Fu və Uşu üzrə keçirilən Avropa çempionatında Azərbaycan və Ermənistan idmançıları, məşqçiləri eləcə də döyüşü izləyənlər arasında dava düşməsi məsələsinə münasibət bildirilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova "Report"a açıqlamasında bütün hadisələrin azərbaycanlı idmançının qələbə qazanmasından sonra baş verdiyini deyib.

Onun sözlərinə görə, Azərbaycan idmançısı Orxan Mehdiyev erməni idmançı üzərində qələbə qazanıb və bu da qarşı tərəfin aqressiyasına səbəb olub: "Bizim idmançı Orxan Mehdiyev qalib gəldi. Bundan sonra Azərbaycanın qələbəsini həzm edə bilməyən ermənilər davaya cəhd etdilər. Davanın yaranmasına əsas səbəb isə qondarma Dağlıq Qarabağ "bayrağı"nın qaldırılması olub. Bundan sonra iki tərəf arasında insident yaşanıb. Nəticədə Azərbaycan tərəfi ermənilərin əlində olan oyuncaq bayrağı götürərək cırıb və ayaqlar altına atıblar".

Qeyd edək ki, davada zaldakıların hamısı iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi