Nardaranda şəhid olan polislərdən biri Avropa çempionu imiş - FOTO

Nardaranda şəhid olan polislərdən biri Avropa çempionu imiş - FOTO İsmayıl Tağıyev ağırlıqqaldıran olub
Fərdi
1327
27 Noyabr , 2015 12:02
Nardaranda şəhid olan polislərdən biri Avropa çempionu imiş - FOTO

Bakı. 27 noyabr. REPORT.AZ/ Nardaranda şəhid olan polislərdən ikincisinin də idmançı olduğu müəyyənləşib. "Report"un məlumatına görə, 38 yaşında dünyasını dəyişmiş İsmayıl Tağıyev ağırlıqqaldırma ilə məşğul olub. 

O, Azərbaycan çempionu, idman ustası, beynəlxalq yarışların iştirakçısı, veteranlar arasında Avropa çempionu idi. Şəhid polis 2012-ci ildə Lənkəran Şəhər Olimpiya İdman Kompleksində veteran ağır atletlər arasında keçirilmiş Avropa çempionatında 105 kq və 105 kq-dan yuxarı çəki dərəcələrində qızıl medal qazanıb. 

İ.Tağıyevin iki oğlu, bir qızı var. Oğlu cəmi 2 həftə əvvəl doğulmuşdu. 

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi