Namiq Əliyev: "Yeni baş məşqçidən ən yüksək nəticələr tələb olunacaq"

Namiq Əliyev: "Yeni baş məşqçidən ən yüksək nəticələr tələb olunacaq" Dekabrda azarkeşlərin iştirakı olmadan güləş üzrə Azərbaycan çempionatı planlaşdırılır.
Fərdi
21 Sentyabr , 2020 14:06
Namiq Əliyev: Yeni baş məşqçidən ən yüksək nəticələr tələb olunacaq
Namiq Əliyev

Dekabrda azarkeşlərin iştirakı olmadan güləş üzrə Azərbaycan çempionatı planlaşdırılır.

"Report"un məlumatına görə, bunu federasiyanın prezident əvəzi Namiq Əliyev bildirib.

O, sərbəst güləş yığmasının yeni baş məşqçisi Namiq Abdullayevin vitse-prezident kimi fəaliyyətini davam etdirməsinin çətin olacağını bildirib. Əliyev Abdullayevdən ən yüksək nəticələrin tələb olunacağını bildirib: "Bundan sonra komanda hesabında yer tutanlara medal verəcəklər. Bu, əvvəlki olimpiadada olsaydı, daha bir medal alacaqdıq. Kifayət qədər idmançımız, gənclərimiz var ki, ən yüksək nəticələr əldə etməyə qadirdirlər".

N. Əliyevin sözlərinə görə, Dağıstanda olan Azərbaycan güləşçilərinin ölkəyə gətirilməsi böyük problemdir: "İlk növbədə ona görə ki, Rusiyadan bura gəlməyə əvvəlcə icazə verilməlidir. Quru yol bağlıdır, təyyarə ilə gəlməyə isə növbə var. Digər tərəfdən, sərbəst güləşçilərimiz daim Dağıstanda hazırlıq keçiblər. Dekabrda Azərbaycan çempionatının keçirə bilsək, mütləq onların iştirakını təmin edəcəyik".

O, Azərbaycan çempionatının keçirilməsi məsələsini Gənclər və İdman Nazirliyi ilə müzakirə edəcəklərini söyləyib: "Tokio olimpiadası hər bir halda olacaq. Oyunlara isə vaxt az qalıb. Ona görə də hansısa formada hazırlığı davam etdirmək lazımdır".

Son xəbərlər

Orphus sistemi