Mirhəsən Seyidovun Karate Federasiyasının baş katibi vəzifəsinə təyinatı rəsmiləşib

Mirhəsən Seyidovun Karate Federasiyasının baş katibi vəzifəsinə təyinatı rəsmiləşib Bu barədə İdarə Heyətinin iclasında qərar qəbul olunub
Fərdi
15 Yanvar , 2018 17:31
Mirhəsən Seyidovun Karate Federasiyasının baş katibi vəzifəsinə təyinatı rəsmiləşib

Bakı. 15 yanvar. REPORT.AZ/ "İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidovun Azərbaycan Milli Karate Federasiyasının (AMKF) baş katibi vəzifəsinə təyinatı rəsmiləşib. 

Birlikdən "Report"a verilən məlumata görə, bu barədə AMKF-in İdarə Heyətinin iclasında qərar qəbul olunub. M.Seyidovun təyinatına qədər baş katib vəzifəsində çalışmış Mircabbar Seyidov bundan sonra baş katibin məsul katibi vəzifəsində çalışacaq. Yeni formalaşmış katiblik ümumi formada federasiya işinin daha da sürətləndirilməsinə və yeni nəticələrin əldə olunmasında yaxından iştirakına çalışacaq. Ümumilikdə, federasiyanın, katibliyin əlaqəli işlərinə rəhbərliyi M.Seyidov icra edəcək.

Qeyd edək ki, yeni baş katib 2015-ci ildən “İrəli” İctimai Birliyinin sədri, 2015-ci il mayın 29-da isə İctimai Televiziya və Radio Yayımları Şirkətinin 6 il müddətinə Yayım Şurasının üzvü, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvüdür və Prezident İlham Əliyev tərəfindən təsis olunmuş Gənclər üçün Prezident mükafatçısıdır.

Son xəbərlər

Orphus sistemi