Millinin üzvü Macarıstan klubu ilə müqavilə imzaladı

Fərdi
  • 03 may, 2020
  • 17:37
Millinin üzvü Macarıstan klubu ilə müqavilə imzaladı

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Ayşən Abduləzimova növbəti mövsümü də hazırda çıxış etdiyi Macarıstanın "Vaşaş" klubunda keçirəcək.

"Report"un məlumatına görə, bu barədə Budapeşt təmsilçisinin rəsmi saytı xəbər yayıb.

Bildirilib ki, 27 yaşlı voleybolçu ilə 1 illik yeni müqavilə imzalanıb.

Qeyd edək ki, Ayşən Abduləzimova 2019-cu ilin sentyabrından "Vaşaş"da çıxış edir.

44 filmi