Milli Paralimpiya Komitəsinin baş katibi vəzifəsi Şaiq Həmidova həvalə edilib

Milli Paralimpiya Komitəsinin baş katibi vəzifəsi Şaiq Həmidova həvalə edilib Komitənin İcraiyyə Komitəsinin iclası keçirilib
Fərdi
2 Dekabr , 2016 19:01
Milli Paralimpiya Komitəsinin baş katibi vəzifəsi Şaiq Həmidova həvalə edilib

Bakı. 2 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsində (ARMPK) İcraiyyə Komitəsinin (İK) iclası keçirilib.

Bu barədə “Report”a Komitənin mətbuat xidmətindən məlumat verilib.

İclasda ARMPK-nin V hesabat seçki yığıncağının keçirilməsinə hazırlıqla əlaqədar bəzi tədbirlər haqqında, “Bakı 2017” IV İslam Həmirəylik Oyunlarına hazırlığın vəziyyəti barədə və ARMPK-nin baş katibi haqqında məsələlər müzakirə edilərək, müvafiq qərarlar qəbul edilib.

Nizamnamənin tələblərinə uyğun olaraq 2017-ci ilin fevral ayında ARMPK-nin V hesabat-seçki yığıncağının keçirilməsi qərara alınıb və yığıncağın hazırlanib keçirilməsi məqsədi ilə Təşkilat komitəsi yaradılıb. “Bakı 2017” IV İslam Həmirəyliyi Oyunlarına hazırlıqla əlaqədar Komitənin struktur bölmələrinə müvafiq tapşırıqlar verilib. İK-nin qərarı ilə ARMPK-nin baş katibi vəzifəsinin icrası müvəqqəti olaraq Komitənin vitse-prezidenti Şaiq Həmidova həvalə edilib.

Son xəbərlər

Orphus sistemi